Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Sarkisyan protokollardan imzasını geri götürəcəyinə dair xəbərdarlıq edib


Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə ölkəsi arasında imzalanmış protokollardan imzasını geri götürəcəyinə dair xəbərdarlıq edib.

«CCN Türkün» məlumatına görə, bu barədə Parisə rəsmi səfərdə olan Serj Sarkisyan «Le Figaro» qəzetinə deyib:

«Mən normal əlaqələr qurmağı çox istəyirəm. Amma Türkiyənin son açıqlamaları bu protokolların yaxın gələcəkdə ratifikasiya olunmayacağını göstərir. Biz bununla bağlı xəbərdarlıq etmişik, əgər Türkiyənin başqa məqsədlər üçün istifadə etdiklərini görsək buna öz münasibətimizi bildirəcəyik və protokollardan imzamızı çəkəcəyik».

S.Sarkisyan Türkiyənin Dağlıq Qarabağ münaqişəsi və digər mövzuları gündəmə gətirdiyini söyləyib. O, Türkiyə parlamentinin protokolları təsdiqləsə, Ermənistanın da dərhal analoji addım atacağını və münasibətləri bərpa edildikdən sonra protokolları dəstəkləyəcəyini bildirib:

«21-ci əsrdə bir sərhədin bağlı olması və açılması üçün şərt irəli sürülməsini qəbul edə bilməyəcəm» - deyən Sarkisyan əvvəlcə əlaqələrin qurulacağını daha sonra bütün mövzuların müzakirə edilə biləcəyini bildirib.

Parisdə rəsmi səfəri zamanı Ermənistan prezidenti martın 10-da fransalı həmkarı Nikolas Sarkozi ilə görüşmüşdü.
XS
SM
MD
LG