Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18
Bakıda sürücülər zarafatla deyirlər ki, onlar az qala dövlət rüsumları haqqında qanunu şeir kimi əzbərləyirlər. Çoxları 2010-cu ildə kitabça kimi çap olunmuş rüsumlar haqqında qanunu maşınında gəzdirir. Amma sürücülər bu zəhmətlərinin özlərinə qaldığını, qanunu bilmələrinin bir işə yaramadığını deyirlər.

Bildirdiklərinə görə dövlətin təyin etdiyi texniki baxış üçün 10 manat əvəzinə 40-45 manat, 15 manat dövlət rüsümu olan təkrar verilən sürücülük vəziqəsinə 110-150 manat pul ödəməli olurlar. Sürücülər idda edirlər ki, maşına qeydiyyat nişanı alanda 18 manat rüsüm əvəzinə onlara ən azı 300 manat ödətdirilər.

Sürücülərin bu ittihamlarını Baş Dövlət Yol Polisində qəbul eləmirlər. Sadəcə hesab edirlər ki, sürücülərin çoxu rüsümlardan yaxşı baş çıxarmırlar sürücülərsə bu fikirlərlə razılaşmırlar. Deyirlər texniki baxış zamanı və ya sürücülük vəsiqəsi alanda dövlət rüsümundan danışanda adamı xeyli get-gələ salırlar.

Sürücülər deyirlər ki, əgər istənilən pulu ödəməyə razısansa onda heç avtomobili texniki baxışa aparmağa ehtiyac yoxdur.

Sürücülərin həm idda edirlər ki, qeydiyyat nişanını yol polisləri yollarda satırlar.

Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin inspektoru Kamran Əliyev deyir ki, texniki baxışda hər şey təkcə 10 manat rüsüm ödəməklə başa çatmır.

Kamran Əliyev deyir ki, texniki baxış üçün 10 manat dövlət rüsümudur, amma bu o demək deyil ki, sürücü yalnız həmin məbləği ödəməklə nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilər.

“Sürücülər elə başa düşürlər ki, onlardan yalnız 10 manat rüsum alınmalıdır və yol polisində 40 manatdan 200 manata qədər pul alırlar düz eləmirlər. Bu səhv məlumatdır. Sürücülər heç 8-ci sinifi bitirib, ya bitirməyib onlar yol hərəkəti qaydalarını ancaq öyrənib. Amma o mühərrikin həcmini hesablasın, nəyi nəyə vurub, nədən nəyi çıxsın onu bilmir. Sadəcə hardansa eşidir ki, texniki baxışın dövlət rüsümu 10 manatdır, amma fikirləşmirlər ki, sürdüyü maşının mühərrikinin işçi həcmi nə qədərdir”

Kamran Əliyevə görə texniki baxış zamanı sürücülərdən alınan 40 manatın 10 manatı texniki baxış üçündür, qalan məbləğ isə yol vergisidir.

“Bəyəm sürücülər 40-50 manatı gətirb verirlər Yol Polisinə, sonra da gedib əlavə yol vergisini banklara ödəyirlər. Bütün pullar bir yerdə alınır.

Sürücünü Yol Polisində göndərirlər banka aparır yol vergisini ödəyir, sonra texniki baxışdan keçir, sonra da “birka”sını alıb çıxıb gedir”

Amma sürücülər deyir ki, heç də hər şey deyilən kimi olmur. İstənilən pulu verməyəndə günlərlə get-gələ salınırlar. Nəticədə get-gəllərdən bezib deyilən qiymətlə razılaşmaq məcburiyyətində qalırlar.

(Bu mövzuda həmçinin oxuyun. Yol hərəkəti qaydasının pozuntusuna görə cərimə məbləğləri)

Bu mövzu ilə bağlı polemikanı burada dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG