Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

Həmsədrlərin regiona səfəri gözlənilir


Martın sonu, aprelin əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Nesterenko bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, vasitəçilər tərəflərin mövqeini yaxınlaşdırmaq üçün Bakı, İrəvan və Dağlıq Qarabağda olacaqlar.

Nesterenko qeyd edib ki, hazırda münaqişənin həlliylə bağlı iki ay bundan əvvəl tərəflərə təqdim olunmuş Madrid prinsiplərinin yenilənmiş variantı müzakirə olunur və vasitəçilər tərəflərin bu təkliflərə reaksiyasını öyrənir.
XS
SM
MD
LG