Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:24

Televiziya yayımı rəqəmsal sistemə keçəcək


Azərbaycanda televiziya yayımının 65 faizi 2010-cu ildə rəqəmsal sistemə keçəcək. Artıq Bakıda, Sumqayıtda və Abşeronda televiziyalarda bu sistem tətbiq olunur. 2010-cu ildə isə Gəncə, Şirvan və Naxçıvanda fəaliyyət göstərən televiziyaların rəqəmsal sistemə keçməsi nəzərdə tutulub.

Bu barədə AzadlıqRadioduna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin baş məsləhətçisi Qulam Abdullayev deyib. Nazirlik rəsmisi ölkə üzrə yeni sistemə keçidin 2013-cü ildə başa çatacağını bildirdi. Onun sözlərinə görə, 2004-cü ildən Azərbaycan televiziya məkanında rəqəmsal sistem tətbiq olunur.
XS
SM
MD
LG