Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:18

ABŞ rəsmisi sülh danışıqlarını ləngitməməyə çağırıb


Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden İsrail-Fələstin sülh danışıqlarının bərpasını ləngitməməyə, tərəfləri sülhə çağırıb.

Co Bayden belə bir bəyanatla İsrailin paytaxtı Tel Əvivdə çıxış edib.

İsrailin Şərqi Qqdsdə 1600 yeni ev tikmək planı bir sıra ölkələrin narazılığıyla qarşılanıb.

Türkiyə bildirib ki, İsrailin bu addımı onun sülh prosesinə sadiqliyini ciddi şübhə altında qoyur.

Həmçinin Rusiya İsrailin bu niyyətinin qəbuledilməz olduğunu bəyan edib.

Fələstin prezidenti Mahmud Abbas isə Ərəb Dövlətləri Liqasının rəhbəri Əmir Musaya deyib ki, o İsrailin bu qərarına görə onunla dolayısı danışıqlara getməyəcək.

Həmçinin regionda səfərdə olan Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bundan əvvəl bildirib ki, İsrailin bu planı sülh cəhdlərini əngəlləyir, qarşılıqlı etimadı sarsıdır.
XS
SM
MD
LG