Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

Ukraynada yeni hökumətin tərkibi təsdiqləndi


Ukrayna parlamenti Nikolay Azarovun rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

Azarov səsvermədən əvvəl keçmiş hökumətin yaratdığı iqtisadi problemlərin aradan qaldırılacağını vəd edib.

O bildirib ki, dövlət büdcəsi boşdur və 2010-cu ilin real büdcəsində dəyişiklik edilməlidir.

Azarovun namizədliyini 450 yerlik parlamentdə yaradılmış yeni koalisiya təklif edib.

235 deputatdan ibarət koalisiya prezident Yanukoviçin Regionlar Partiyası, Litvinin bloku , Kommunist Partiyası və müstəqil deputatlardan yaradılıb.
XS
SM
MD
LG