Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Gəncədə 38 tibbi yardım maşını yenisi ilə əvəzlənməlidir


Səhiyyədə əhaliyə xidmət göstərən təcili tibbi yardım maşınlarının yalnız 17-si yenidir. Digərləri ötən əsrin 80-ci illər istehsalı olan RAF və digər markalı avtomobillərdir.
Bu barədə məlumatı Gəncə şəhər Səhiyyə İdarəsinin Mərkəzləşdirilmiş Tibbi Yardım Avtomobil Qarajının müdiri Vidadi Hüseynov verib. O, bildirib ki, yeni tibb maşınlarında ilkin tibbi yardım göstərmək üçün lazımi imkan var. Köhnə maşınlar isə səmərə vermir.

Prezident İlham Əliyev martın 4-də tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat məbləğində vəsait ayrılıb.
Yeni alınacaq avtomobillərdən neçəsinin Gəncəyə veriləcəyi martın sonu məlum olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG