Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Baş plan 2035-ci ildə başa çatdırılacaq


Azərbaycanın şəhər və rayonlarının baş planı hazırlanacaq. Bunun üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihə institutlarına müraciət edib.

«Azərinşaatlayihə» Dövlət baş Layihə Konstruktor-Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Lent.az-a açıqlamasında onlara sifariş edilən 5 rayonun hər birinin baş planı üzərində işlərin yekunlaşdığını deyib. Onun sözlərinə görə, artıq xəritələşdirmə işləri də başa çatdırılıb. Layihələrin tam dəqiqliklə hazırlanması üçün peyk vasitəsi ilə kosmosdan çəkilən şəkillərdən də istifadə olunub.

Yusif Nağıyev layihələrdə yeni tikililərlə yanaşı, sənaye zonası, dəmir və avtomobil yolları tam əhatə olunub. Onun sözlərinə görə, bu ildən reallaşdırılacaq baş planın layihələri müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra layihələrin reallaşması üçün bütün sənədlər təhvil veriləcək».

İnstitutun direktoru qeyd edib ki, yeni baş planın icrasının 2035-ci ildə başa çatdırılması nəzərdə tutulur.
XS
SM
MD
LG