Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12
Artıq Apelyasiya Məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş sayılır və Adnan Hacızadənin və Emin Millinin əfvini hüquq müdafiəçiləri, ombudsman, yaxud başqa institutlar gündəmə gətirə bilər. Bu sözləri AzadlıqRadiosunun «İşdən sonra» proqramında iki bloqçunun müdafiə komitəsinin koordinatoru Erkin Qədirli deyib. Onun sözlərinə görə, bloqçuların özü bunun üçün müraciət etməyib.

Eynulla Fətullayev və Qənimət Zahid də əfv üçün müraciət etməyəcəklərini bildiriblər. Onların müdafiəçisi Elçin Sadıqov deyir ki, bu, onların adlarının əfv fərmanına düşməməsi üçün əsas deyil. Onun fikrincə, əfv fərmanına cəmiyyətdə böyük ehtiyac var, amma əfv fərmanlarının əsasında dayanan cinayətin etiraf edilməsi məsələsi qərəzli məhkəmə hökmləri və ya ədliyyə sisteminin səhvləri ucbatından həbsə düşmüş adamların bu müsbət addımdan tam mənada yararlanmasına mane olur:

«Yəni, indi Adnan Hacızadə deyəcək ki, mən bir də idmançıları döyməyəcəm, məni əfv edin? Bu məsələ tək Eynulla Fətullayev barəsində deyil. Azərbaycanda ədalət mühakiməsinin yarıtmazlığından əziyyət çəkən xeyli insanlar var. Onlar da qərəzli olaraq məhkum olunduqlarına görə cinayəti etiraf etmirlər. Ona görə də cəzalarını sonra qədər həbsxanalarda çəkməli olurlar».

Hüquq müdafiəçiləri əfv fərmanından nələri gözləyir?

«İŞDƏN SONAR»NI DİNLƏYİN.

/Hazırladı Gülər Qasımova./

Şərhləri göstər

XS
SM
MD
LG