Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:45

Sabunçuda yanan məktəbin şagirdləri tətilə buraxıldı


Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbdə baş verən yanğından sonra məktəbin bütün şagirdləri sabahdan etibarən yaz tətilinə buraxılır.


Zəminə Əliqızı deyib ki, martın 26-dək şagirdlərin yaxınlıqdakı məktəblərə bölüşdürülməsi məsələsi həll ediləcək və növbəti rübdə şagirdlər müvafiq məktəblərdə təhsillərini davam etdirəcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı lent.az-a deyib ki, 1925-ci ildə inşa olunan məktəbdə 2000 minə yaxın şagird üç növbədə təhsil alır. Onun sözlərinə görə, bu gün baş verən yanğın 3-cü mərtəbədən başlayıb. Məktəbin əsas sütunları taxtadan olduğuna görə, yanğın bütün binanı əhatə edib və bu səbəbdən alovu söndürmək mümkün olmayıb. Nəticədə məktəb binası bütün avadanlıqlarla birgə məhv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG