Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:45

Polşanın baş naziri Bakıda səfərdə olub


Polşanın Baş naziri Donald Tuskla görüşündə azərbaycanlı həmkarı Artur-Rasızadə Polşanın iş adamlarını ölkəmizin qeyri-neft sektorunun inkişafı üzrə investisiya layihələrində fəal iştirak etməyə çağırıb.

Prezident İlham Əliyev Polşanın Baş nazirinə Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi və əlaqələrin daha da genişləndirilməsi baxımından səmərəli olacağını bildirib. Baş nazir ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişlənməsinin əhəmiyyətini də vurğulayıb.

Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu bildirən İ.Əliyev Baş nazirin bu səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.


Xəbəri AzərTAc yayıb.

XS
SM
MD
LG