Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

Bakı polisinin də helikopteri olacaq


Ötən il Bakıda polis orqanlarının müasir rabitə sisteminə keçidi tam başa çatdırılıb.

Bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Hesabatda deyilir ki, 2009-cu ildə Bakının ərazi polis orqanları və nizami hissələr üzrə 46 stasionar, 105 mobil və 255 əl radiostansiyası istifadəyə verilib, 37 obyektin tikintisi və yenidən qurulması başa çatdırılıb.

Ötən il daxili işlər orqanlarına 194 avtomobil, “Yamaha” markalı 20 motosiklet və gözlə görünməyən izlərin götürülməsi üçün xüsusi cihaz alınıb.

Bundan başqa Dövlət Yol Polisinə bir helikopterin alınması üçün “Hazel Sal” şirkətinə 2 milyon 250 min manat köçürülüb.
/APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG