Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Co Bayden Mahmud Abbasla görüşüb


Yaxın Şərqə səfərini başa vuran Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bu gün İordan çayının qərb sahilində Fələstin rəhbərliyi ilə görüşüb.

O Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb, Yaxın Şərq sülh prossesi və İsrailin Şərqi Qüdsdə 1600 ev tikmək planını müzakirə edib.

Co Bayden İsrailin bu addımını pisləyib, bunun sülh danışıqlarına mane olduğunu deyib.

Fələstin rəhbərliyi Şərqi Qüdsə gələcək, müstəqil Fələstin dövlətinin paytaxtı kimi baxır.
XS
SM
MD
LG