Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:21

Sabuncuda məktəb binasını alov tamamilə bürüyüb


Bakının Sabunçu rayonundakı 67 saylı orta məktəbdə başlayan yanğın bütün binanı əhatə edib.

Yanğın vaxtı məktəbdə 1000 məktəbli olub.

İlkin məlumatlara görə, yanğın məktəbin 3-cü mərtəbəsindən başlayıb və dam örtüyünə keçib.

Məktəbin əsas sütunları taxtadan olduğuna görə alov sürətlə yayılıb.

Xoşbəxtlikdən 3-cü mərtəbədə uşaq olmayıb.

Aşağı mərtəbələrdə olan 1000-ə qədər məktəbli isə dərhal evakuasiya olunub.

Məktəbdə 2400 uşaq təhsil alırdı.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən maşın cəlb olunub, yanğının qarşısını almaq üçün tədbirlər görülür.
XS
SM
MD
LG