Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:34

Gürcüstan müxalifətinin daha bir lideri Moskvaya gedir


Gürcüstanın keçmiş baş naziri və müxalifətdə olan “ Ədalətli Gürcüstan Uğrunda Hərəkat”-ın lideri Zurab Noğaydelinin Rusiyaya səfəri gözlənilir.

Bu son vaxtlar ərzində onun Rusiyaya 4-cü səfəri olacaq.

Hərəkatın üzvü və Noğaydelinin yaxın tərəfdaşı Petre Mamradzenin sözlərinə görə Noğaydelini Moskvaya Rusiya hökumətindəki iqtisadi bloklardan birinin rəhbərliyi dəvət edib.

Azadlıq Radiosunun müxbiri bildirib ki, danışıqlar zamanı əsasən Gürcüstan mallarının Rusiya bazarlarına qaytarılmasıyla bağlı problemlər müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG