Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:20

Özəl müəssisələrdə yoxlamalar aparılır


Dövlət Sosial Müdafiə Fondu Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi ilə birgə özəl müəssisələrdə ikili mühasibat və əmək haqlarının leqallaşdırılması üzrə araşdırmalara başlayıb.

Lent.az-ın məlumatına görə, araşdırmalar zamanı özəl sektorda əmək haqlarının leqallaşdırılması sahəsində çoxlu nöqsanlar aşkarlanıb. Belə ki, indiyə qədər araşdırmaların aparıldığı tibb müəssisələri, nəqliyyat, iri ticarət obyektləri, şadlıq sarayları, restoran və ictimai iaşə obyektlərində işçilərə əməkhaqqının ikili mühasibat əsasında verildiyi məlum olub. Bu müəssisələrin hər birinə nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edilib.

Hazırda bu cür yoxlamalar özəl sektorda fəaliyyət göstərən digər müəssisələrdə davam edir.

Əmək haqlarının leqallaşdırılması məqsədilə analoji monitorinqlər tikinti şirkətlərində, xırda sahibkarlıq subyektlərində də aparılacaq.
XS
SM
MD
LG