Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Elitar Gimnaziyanın şagirdi özünü asıb


Bu gecə Bakıda 11-ci sinif şagirdi özünü asıb. Bu barədə AzadliqRadiosuna Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi Pərvin Mirzə qızı Əsgərovanın ailə üzvləri onun asılmış meyitini yaşadıqları mənzilin vanna otağında aşkar ediblər.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Hadisənin səbəbləri məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG