Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

İraqa səfər etmək tövsiyə olunmur


Azərbaycan vətəndaşlarına İraqa səfər etmək tövsiyə olunmur. Xarici İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq yayıb. Məlumatda deyilir ki, İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da, bu ölkəyə səyahət etmək hələ də təhlükəlidir.

«Xüsusilə, Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bunlardan başqa Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir».

Məlumatda o da deyilir ki, sözügedən ölkəyə avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir, xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir.

Bu il yanvarın 28-də İraqda zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, ikisi isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG