Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:21

İranda Azərbaycanı "Nizamini mənimsəməkdə" günahlandırdılar


İranın hökumətyönlü "Mehr" informasiya agentliyi martın 9-da Azərbaycan Respublikasını şair Nizami Gəncəvini mənimsəməkdə günahlandırıb.

“Media forum” saytının məlumatına görə, agentliyin yaydığı “İranlı dahilərin Azərbaycan Respublikası tərəfindən müsadirə olunması davam edir” başlıqlı materialda deyilir: “Azərbaycan Respublikası İranın Nizami Gəncəvi kimi müsəlman şəxsiyyətlərini və onların tarixi əsərlərini müsadirə etmək üçün cəhdini davam etdirir.

Nizami Gəncəvi “Xəmsə”sinin Şah Təhmasib Səfəvi dövrünə aid bir əlyazma nüsxəsinin Böyük Britaniyanın Milli Kitabxanasında İran mədəniyyəti nümunəsi kimi sərgilənməsindən sonra Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov kitabxananın rəyasət heyətinin sədri Kolin Kolasla görüşərək buna etiraz bildirib.

Səfir Azərbaycanın cəmi 20 ildir müstəqil dövlət olduğu gerçəkliyini nəzərə almadan Nizami Gəncəvinin bu ölkəyə aid olduğu iddiasını irəli sürüb. Bundan əvvəl də bir çox tarixçi və tədqiqatçılar Azərbaycan Respublikasında tarix və mədəniyyətin saxtalaşdırılması prosesini pisləyərək bu istiqamətin dəyişdirilməsi zəruriliyini vurğulayıblar”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG