Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39

Prezidentin oğurlanmış sümüklərini tapdılar


Kipr deyir ki, keşmiş prezident Tassos Papadopulosun sümüklərini məqbərədən oğurlayanların məqsədi onun qohumlarından pul qoparmaq olub.

Prezidentin sümüklərini 3 aylıq axtarışdan sonra bazar ertəsi dərin qazılmamış bir qəbirdən tapıblar. Bu başqa bir adamın qəbridir.

Bu barədə naməlum şəxsin polisə xəbər verdiyi deyilir. DNK sınağı sümüklərin keçmiş prezidentə aid olduğunu təsdiqləyib.

Ədliyyə naziri məqsədin siyasi yox, sırf maddi motivlərlə bağlı olduğunu desə də, sümüklərin qaytarılması üçün oğrulara pul ödənməsi haqda söz-söhbəti təkzib edib.

Papadopulos 2003-2008-ci illərdə Kipr prezidenti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG