Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Azərbaycanda maşınların buraxdığı qazlar üçün Avropa standartı tətbiq olundu


Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” qərar qəbul edib.

Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normaları tətbiq edilsin.

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır ki, ölkədə istehsal edilən, habelə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirsinlər və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər, o cümlədən müvafiq fəaliyyət növünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin dayandırılmasını təmin etsinlər.

(AzərTAc)
XS
SM
MD
LG