Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Gəncədə vəzifəli şəxslərin də adı hallanan cinayət işi məhkəməyə göndərilib


2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovun və Kamal Ələkbərovun qəsdən öldürülməsi faktı üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyət kəsb edən bir sıra maddi sübutlar əldə olunub.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Gəncə şəhər sakini Şöhrət Quliyevin başçılıq etdiyi silahlı cinayətkar dəstə tərəfindən digər ağır cinayətlərin törədilməsi təkzibedilməz dəlillərlə sübuta yetirilib.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərovun Cinayət Məcəlləsinin 120 (Qəsdən adam öldürmə), 217 (Banditizm) və 228 (Qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə 2003-cü ilin dekabr ayında Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə üzvləri 2009-cu ilin mayında saxlanılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG