Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:34

Türkiyə öz səfirini Amerikaya qaytarmağa tələsmir


Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan deyib ki, onlar öz səfirlərini Vaşinqtona qaytarmağa hələ ki hazır deyillər.

Ankara öz səfirini Amerika Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi 1915-ci ildə Türkiyədə ermənilərin öldürülməsini “soyqırım” adlandırandan sonra geri çağırmışdı.

Amma komitənin qərarı Türkiyənin etirazlarından və Amerika hökumətinin müdaxiləsindən sonra Nümayəndələr Palatasının ümumi iclasına çıxarılmamışdı.

Səudiyyə Ərəbistanında səfərdə olan Ərdoğan deyib ki, “komitənin qəbul etdiyi qətnamənin aqibəti ilə bağlı aydın siqnal almayınca” səfiri geri qaytarmayacaqlar.
XS
SM
MD
LG