Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05
Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində martın 9-da səhər saatlarında əsgər hərbçi yoldaşını güllələyib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin zabiti Abbas Şirinovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Bakı şəhəri Nəsimi rayonundan 2009-cu ilin oktyabrın 7-də həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Vasif Əliyev əlindəki silahla əsgər yoldaşı Elçin Məmmədova atəş açıb. Nəticədə, o aldığı güllə yarasından yerindəcə keçinib.

1990-cı il təvəllüdlü Elçin Məmmədov Göyçay rayon Hərbi Komissarlığından 2009-cu ilin yanvar ayının 26-dan hərbi xidmətdə idi.

Fakta bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG