Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Qatarlarda qadınlara ayrıca kupe


«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin Bakının dəmiryolu və avtovağzalında sakinlər arasında keçirdiyi sorğunun nəticələri qadınlar üçün ayrıca kupelərin yaranması zərurətini yaradıb.

Bu barədə AzadlıqRadiosuna Təşkilatın rəhbəri İradə Yaqubova məlumat verib. Onun sözlərinə görə, 112 nəfər kişi, 106 nəfər qadın arasında sorğu keçirilib. Sorğunun nəticələrinə görə, 92 faiz qadınlar üçün ayrıca kupelərin olmasını dəstəkləyib. Qadınlar üçün ayrı kupelərin olmasını dəstələyənlərin 53%-i bunu sərnişinin rahatlığı, 16%-i təhlükəsizliyi, 25%-i isə milli adətlərimiz və islam dəyərlərinə uyğun olması ilə izah ediblər.

İradə Yaqubova dünyanın bir çox ölkələrində bu təcrübənin uzun müddətdir tətbiq olunduğunu və Azərbaycanın da bu təcrübədən yararlanmasını zəruri hesab edib. Onun sözlərinə görə, aprelin 2-də kişilərin və qadınların nəqliyyatdan istifadəsinə dair təşkil olunacaq dəyirmi masada problemlər və həlli yolları müzakirə olunacaq.
XS
SM
MD
LG