Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Silahlı şəxs Ukraynanın İstanbuldakı konsulluğuna soxulmaq istəyib


Bu gün səhər saatlarında bir nəfər silahlı şəxs zorla Ukraynanın İstanbuldakı konsulluğuna soxulmaq istəyib. Polis ona atəş açaraq zərərsizləşdirib. O xəstəxanaya aparılıb.

Yaralının üstündən saat mexanizmli bomba tapılıb. İstanbul valisi Muammer Gülər deyib ki, hadisənin siyasətlə və terrorla əlaqəsi yoxdur, şəxsi problemlə bağlıdır. Məlum olub ki, 29 yaşlı Türkiyə vətəndaşı olan bu şəxs Ukraynadan deportasiya edilib. Onun həyat yoldaşı isə hələ də Ukraynada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG