Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:53

Papadopulosun oğurlanmış cəsədinin qalıqları tapılıb


Kipr Respublikasının sabiq prezidenti Tasos Papadopulosun ötən il qəbrindən oğurlanmış cəsədinin qalıqları tapılıb. Bu haqda polisə məlumat veriləndən sonra Papadopulosun cəsədi başqa bir qəbirstanlıqdan tapılıb.

Keçirilən DNA testindın sonra qalıqların Papadopulosa aid olduğu müəyyənləşib.

Papadopulosun cəsədi ötən il dekabrın 11-də gecə qəbrindən oğurlanmışdı. Cəsədi kimlərin və niyə görə oğurlandığı hələ də məlum deyil.

Tasos Papadopulos 2003-2008-ci illərdə Kiprin prezidenti olub.

XS
SM
MD
LG