Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55

Əl-Qaidənin yüksək vəzifəli 20 rəhbərinin yarısından çoxu məhv edilib


Son anti-terror əməliyyatları nəticəsində Əl-Qaidənin yüksək vəzifəli 20 rəhbərinin yarısından çoxu məhv edilib. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta deyib. Onun sözlərinə görə, əməliyyatların çoxu bir vaxtlar Əl-Qaidəçilər üçün təhlükəsiz yer sayılan Pakistanın qəbilə münasibətlərinin hökm sürdüyü ərazilərdə həyata keçirilib.

Panetta onu da deyib ki, terror təşkilatı taktikasını dəyişib, öz intiharçı bombalarını Amerikaya keçirməyə cəhd göstərə bilər. Onun sözlərinə görə, Əl-Qaidə əvvəlki kimi yenə də mümkün qədər çox amerikalı öldürmək niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG