Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Nigeriyada qətlə yetirilənlər kütləvi məzarlıqlarda basdırılıb


Bazar günü Nigeriyada dini qruplar arasında baş vermiş növbəti toqquşmalar nəticəsində həlak olmuş şəxslərin, o cümlədən qadın və uşaqların cəsədləri dünən kütləvi məzarlıqlarda dəfn edilib.

Qanlı toqquşmalar müsəlmanların yaşadığı Şimali Nigeriya ilə xristianların yaşadığı Cənubi Nigeriyanın kəsişdiyi Cos şəhərində baş verib. Şəhərin xristian sakinlərinin sözlərinə görə, maldarlıqla məşğul olan müsəlmanlar soyuq silahlarla onlara hücum ediblər. Şahidlər bunun yanvar ayında müsəlmanlara qarşı törədilmiş qətliama cavab olduğunu söyləyirlər.

XS
SM
MD
LG