Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Rusiya və ABŞ nüvə silahlarının ixtisarı ilə bağlı danışıqları davam etdirir


Bu gün Cenevrədə Rusiya və ABŞ nüvə silahlarının ixtisarı ilə bağlı yeni müqaviləyə dair danışıqları davam etdirəcəklər.

Rusiya prezidenti Dmitri Medvedyev ötən həftə bildirmişdi ki, tərəflər müqavilənin bütün məsələlərində razılığa çox yaxındırlar, danışıqlar yekun mərhələyə qədəm qoyub.

Hər iki dövlət nüvə başlığını 1500-dək azaltmağa hazır olduğunu bəyan edib. Yeganə problem Amerikanın Avropada raketdən müdafiə sistemi qurmaq planı ilə bağlı Rusiyanın narahatlığıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG