Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:06

DQ əsgərlərinə milli yeməklər verilir


Daxili Qoşunların komandanı, general – leytenant Zakir Həsənov

Daxili Qoşunların komandanı, general – leytenant Zakir Həsənov

«Daxili Qoşunların əsgərlərinin döyüş hazırlığı yüksək səviyyədədir. Qoşunlar bu gün ən müasir silah və hərbi texnika ilə təmin olunub. Artıq Daxili Qoşunların təminat-təchizatını dünyanın aparıcı dövlətlərinin anoloji qurumlarının təminat-təchizatı ilə müqayisə edə bilərik».

APA-nın xəbərinə görə, bunu Daxili Qoşunların komandanı, general – leytenant Zakir Həsənov deyib. Z. Həsənov bildirib ki, bu gün Azərbaycan əsgəri qarşısında duran bütün vəzifələri yerinə yetirməyə, torpaqları işğaldan azad etməyə qadirdir.

Z. Həsənov qeyd edib ki, DQ zabitləri aparıcı dövlətlərin təlim və tədris mərkəzlərində təlimlər keçir, tədris kurslarında iştirak edir.

Onun sözlərinə görə, DQ aparıcı dövlətlərin təcrübəsindən istifadə edərək Azərbaycanda ən müasir təhsil sistemini qurub. İndiyə kimi DQ əsgərləri üçün yeni yataqxana, yeməkxana binaları, hərbi şəhərciklər tikilib. DQ əsgərlərinə artıq həftədə ən azı 3 dəfə milli yeməklər verildiyini deyən Z. Həsənov onu da bildirib ki, indiyə kimi, qoşunlarda əsgərlərin qidalanması ilə bağlı hər hansı problem olmayıb və bununla bağlı heç bir fikir səslənməyib. Onun sözlərinə görə, əsgərlərə verilən qidanın keyfiyyətini yoxlamaq üçün DQ-də müasir standartlara cavab verən laboratoriya da fəaliyyət göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG