Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

İranda həbsdə saxlanan bəzi jurnalistləri buraxıblar


İranın ali apelyasiya məhkəməsi gözlənilmədən həbsdə saxlanan islahatçı jurnalist Bəhmən Əhmədinin yeddi illik azadlıqdan məhrumetmə cəzasını beş ilə endirib. Hökmə görə ona 74 də şallaq vurulacaq. Bu jurnalisti müxalifətin keçirdiyi mitinqlər zamanı tutumuşdular.

Müxalifətin internet saytları bu gün həmçinin xəbər verir ki, etiraz aksiyalarında tutulmuş beş nəfər də azad edilib.

2009-cu ilin yayında mübahisəli prezident seçkisindən sonra əsasən islahatçı siyasi cərəyanı təmsil edən müxalifət qüvvələri seçkinin saxtalaşdırıldığını deyərək çox sayda etiraz aksiyaları keçiriblər. Həmin aksiyalarda polisin müdaxiləsi ilə xeyli sayda adam həlak olub, yüzlərlə adam da həbs edilib.
XS
SM
MD
LG