Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

8 Mart günü gülsatan qadını bıçaqladılar


Moskvada iki nəfər naməlum adam 8 Mart Beynəlxalq Qadınlar Günü gülsatan qadını bıçaqlayıb onun təxminən 33 min dollar pulunu aparıblar.

Hadisə Moskvanın mərkəzi küçələrindən birində baş verib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bu, son iki gündə gül düknanının oğurlandığı üçüncü bu cür hadisədir.

Hər il martın 7-8-ı Rusiyada gül mağazaları yaxı gəlir əldə edirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə demək olar bütün kişilər yaxınları olan qadınlara gül alırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG