Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

İctimai nəqliyyatda öz yerini qocalara verməyənlər cərimə ediləcək


Ukrayna parlamenti ictimai nəqliyatda davranış qaydalarını pozanların cərimələnməsini nəzərdəö tutuan yeni qanun layihəsini müzakirə edir.

Layihədə deyilir ki, sərnişin lazım olanda öz yerini qocalara, əlillərə, xəstələrə və uşaqlara verməlidir. Bundan imtina edənlər 10 dollardan 40 dollara qədər cərimə oluna bilərlər.

Ukrayna qanunlarında indi də sərnişinin özü yerini qocalara və uşaqlara verməsini nəzərdə tutan norma var, amma orada bundan imtina edilməsinə görə cəza nəzərdə tutulmur.

Bu qanun qəbul edildikdən sonra ölkədə avtobuslar, metro və başqa ictimai nəqliyyat növlərinə polis göz qoyacaq ki, kim kimə yer verir, ya yox.

Günün bütün mövzuları

XS
SM
MD
LG