Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06
«Kişilərin maarifləndirilməsinə ehtiyac var». Gender bərabərliyi və qadın təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədova belə hesab edir. Martın 8-i «İşdən sonra»da Azərbaycanda qərar qəbul edilməsi prosesində qadınların iştirakı mövzusu müzakirə olunub. Ülviyyə Məmmədova deyir ki, ailədə məsuliyyət bölüşdürülməlidir:

- Biz Azərbaycanda qadınlar arasında sorğu keçirdik. Məlum oldu ki, onlar işləməyin tərəfdarıdırlar. Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Məsuliyyətlərin bölüşdürülməsi olmalıdır. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil.

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN.

/ Hazırladı: Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG