Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Coe Bayden İsraildədir


ABŞ-ın vitse-prezidenti Coe Bayden İsraillə Fələstin arasında danışıqların bərpası üçün bu gün İsrailə gedib. Üç gün davam edəcək səfər zamanı o, İsraildə prezident, baş nazir və müxalifət lideri ilə görüşəcək. Coe Bayden Fələstinə də səfər edib orada prezident və baş nazirlə görüşəcək.

Bu gün İsrail Qərb Sahilində yəhudilərin məskunlaşdırılması üçün 112 evin tikilməsi planını da təsdiq edib. Fələstin bildirib ki, bu addım İsrailin məskunlaşma planının bir hissəsini dondurması barədə dediklərinin yalan olduğunu ortaya çıxarır.

Bu msəkunlaşma proqramına görə Fələstin İsraillə danışıqları bir il əvvəl dayandırıb. Amma bu yaxınlarda fələstinlilər ABŞ-ın vasitəçiliyi ilə danışıqları dörd ay davam etdirmək qərarına gəlib.
XS
SM
MD
LG