Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

NATO-nun baş katibi parlament seçkisinə görə iraqlıları təbrik edib


NATO-nun Baş Katibi Anders Fogh Rasmussen İraqda keçirilən parlament seçkisinin tam demokratik dövlət qurulması istiqamətində olduqca ciddi addım adlandırıb. Bazar günü keçirilən seçkidə raketlər, mərmilər, atılsa, bomba partlayışları olsa da milyonlarla adam seçki məntəqələrinə gedib. Bu hücumlarda 38 nəfər də həlak olub.

İraqın Mərkəzi Seçki Komissiyası ilkin nəticləri yaxın hünlərdə elan edəcək.

İraq parlamentində 325 deputat yeri üçün 6200 nəfər mübarizə aparıb. Bu, 2003-cü ildə ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri Səddam Hüseyni devirəndən bəri keçirilən ikinci parlament seçkisidir.

ABŞ prezidenti Barak Obama, Avropa Birliyi ölkələri də iraqlıları demokratiya uğrunda bu ciddi adımla bağlı təbrik ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG