Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Qadın evdə oturmalıdır?


«Reuters»in sorğusunda hər 4 nəfərdən biri «evdar qadın» fikrini müdafiə edib

«Reuters»in sorğusunda hər 4 nəfərdən biri «evdar qadın» fikrini müdafiə edib

Siyasətdə qadınların rolu getdikcə artır. Onları biznesdə də əvvəlki illərlə müqayisədə daha tez-tez görmək olur. Bundan başqa gender məsələsi müxtəlif ölkələrin qanunvericiliyinə də təsir edərək qadın hüquqlarının daha genişlənməsinə təsir göstərir.

Bəs ictimai fikir necə, qadın və kişi bərabərliyini nə dərəcədə qəbul edir?

«Reuters» Agentliyinin «İpsos» sorğu mərkəzi ilə birgə apardığı rəy sorğusu göstərir ki, dünyada xeyli adam sivilizasiyanın zərif yarısını hələ də məhz evdar qadın kimi görür.

23 ölkədə aparılan sorğuda 24 min adamdan «Qadın evdə oturmalıdır» fikrinə münasibət öyrənilib. Hər 4 nəfərdən biri bu fikirlə razılaşıb.

Sorğunun gözlənilməz nəticələrində biri kimi, «evdar qadın» fikrinin daha çox gənc respondetlərin (yaşı 18-34 arası) müdafiə etməsi faktı qeyd edilir.

Sorğuda səslənən fikri daha çox Hindistanda (54 %), Türkiyədə (52 %) və Yaponiyada (48 %) müdafiə ediblər.

Çin, Rusiya, Cənubi Koreya və Macarıstanda isə qadınları evdə görənlər rəyi soruşulanların təqribən 3-də birini təşkil edib.

Bütün ölkələr üzrə nəticələrlə BURADA tanış ola bilərsiniz...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG