Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:46

Goranboyda partlayış baş verib


Goranboyda yaşayış binasında partlayış baş verib, 2 nəfər ağır yaralanıb.

Hadisə Civəzadə küçəsindəki 11 saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindəki 1 saylı mənzildə baş verib.

Nəticədə ev sahibi Ədalət Eyvazov və onun həyat yoldaşı Tahirə Eyvazova ağır xəsarət alıblar.

Partlayışın baş veriyi mənzillə, ikinci mərtəbədəki qonşu mənzil isə tamamilə yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər mənzillərə keçməsinin qarşısını alıblar.

İlkin ehtimla görə partlayışa səbəb qaz sızması olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG