Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:37

İrana qarşı sanksiya problemi həll etməyəcək


Çin hesab edir ki, İrana qarşı yeni sanksiyaların tətbiqi, onun nüvə proqramı ətrafında yaranmış problemi həll etməyəcək.

Çinin xarici işlər naziri Yan Tseçi bildirib ki, bəzi çətinliklər olmasına baxmayaraq, bu məsələni həll etmək üçün hələ ki, bütün diplomatik vasitələr tükənməyib.

Birləşmiş Ştatlarlar və digər qərb ölkələri Çini, İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı BMT-nin təhlükəsizlik şurasına təqdim edilmiş qətnamə layihəsini qəbul etməyə çağırırlar.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG