Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:18

Mehriban Əliyevaya mükafat verilib


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın qadın ictimaiyyəti tərəfindən «Qadın və inkişaf» mükafatı ilə təltif olunub.

Bu barədə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitə sədri deyib ki, Mehriban xanım Əliyevanın Fransa Respublikası Prezidentinin sərəncamı ilə «Şərəf Legionu» ordeninin zabit dərəcəsi ilə təltif edilməsi onun həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində bütün dünyada qazandığımız yüksək nüfuzun və şəxsiyyətinə dərin ehtiramın parlaq təcəssümüdür.

Dövlət Komitəsi daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanı Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı haqqında gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi müstəsna xidmətlərə görə «Xatirə» mükafatı ilə təltif edib.

«Azərbaycan gəncliyinin layiqli nümayəndəsi olan Leyla Əliyeva Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı haqqında gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir», - Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib./Trend/
XS
SM
MD
LG