Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:23

Türkiyənin ABŞ-kı səfiri geri döndü


Türkiyənin ABŞ-kı səfiri Namiq Tan ölkəsinə qayıdıb.

O, sabah Türkiyənin xarici işlrə naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Onun ABŞ-a nə vaxt dönəyəcəyi hələlik bəlli deyil.

Səfir Namiq Tan ABŞ Nümayədələr Palatası Xarici Əlaqələr Komitəsinin erməni soyqırımını tanıyan qətnamə layihəsi qəbul etməsinə etiraz olaraq geri çağırılıb.

ABŞ dövlət katibi Hillari Klinton bundan əvvəl Konqresin liderlərinə bildirib ki, qətnamənin qəbulu Türkiyə ilə Ermanıstan arasında münasibətlərin normallaşması prosesini əngəlləyəcək.

Ermənistan Birinci dünya müharibəsi dövründə milyon yarım erməninin soyqırımına məruz qaldığını təkid edir.

Türkiyə isə bu rəqəmin bundan qat-qat az olduğunu və onların soyqırımı yox, vətəndaş müharibəsi nəticəsində öldüklərini deyir.
XS
SM
MD
LG