Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

İslandiyalı fotoqrafı Sumqayıtda niyə tutublar?


«Iceland Review» portalının fotoqrafı Pol Stefansson bu günlərdə iki dəfə Sumqayıtda şəkil çəkərkən həbs olunub. Onun deməsinə görə, dünyanın ən çirkli şəhərlərindən biri hesab olunan Sumqayıt haqda fotolar çəkmək istəyirmiş.

Fotoqraf Sumqayıtda hər yerdə çirklənmənin «boz duman» şəklində olduğunu deyib:

«Bu sənaye şəhərində diqqət çəkdiyimi hiss etdim. Nəticədə məni polis bölməsinə apardılar, 3 saat ərzində sorğu-sual edildim... Sənədlərim qaydasında olduğuna görə onlar mənə getməyə icazə verdilər. Ancaq bundan sonra rahat şəkil çəkmək olmurdu. Onlar hər yerdə ardımca gəlirdilər».

Fotoqraf «Iceland Review»a belə deyib.

O, bildirib ki, martın 2-də Londona qayıtmazdan əvvəl Sumqayıtda qaldığı otelin yaxınlığındakı ağacları çəkmək istəyəndə də, eyni aqibətlə üzləşib:

«Qəfildən 3 maşında 9 silahlı adam gəldi və məni həbs etdilər».

Polis bölməsində Pol Stefanssona İslandiyanın Xarici İşlər Nazirliyinə zəng etməyə icazə verilib. Hadisədən dərhal sonra məsələyə İslandiyanın Moskvadakı səfirliyi qarışıb və bir müddətdən sonra o, ikinci dəfə sərbəst buraxılıb.

Sumqayıt şəhər Polis idarəsindən AzadlıqRadiosuna bu faktı təsdiqləyiblər. Oradan bildirdilər ki, «əcnəbi vətəndaşı zavodları, obyektləri çəkdiyinə görə saxlayıblar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG