Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Horadiz qəsəbəsi tam qazlaşdırılıb


Füzuli rayonunun Horadiz qəsəbəsinə qaz verilməsinə başlanıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat verib.

Ölkənin döyüş bölgəsində yerləşən bu qəsəbənin qazlaşdırılmasına 2008-ci ildən başlanıb.

Həmin ilin oktyabrında qəsəbənin 30 faizi təbii qazla təchiz olunub və qəsəbə artıq tam qazlaşdırılıb, sayğaclarla təmin edilib. Qəsəbəni qazla təchiz etmək üçün 42 km-dən artıq paylayıcı kəmər çəkilib.

Yaxın vaxtlarda isə Füzuli rayonunda məcburi köçkünlər üçün yeni tikilmiş “Zobcuq-1, 2, 3, 4, 5” və “Qayıdış” qəsəbələri, habelə rayonun qaz almayan digər kəndlərinin tam qazlaşdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG