Keçid linkləri

2024, 02 İyun, bazar, Bakı vaxtı 19:32

Klinton “erməni soyqırımı” prosesinin Konqresdə davamını arzuedilməz adlandırır


ABŞ Dövlət Departamenti hesab edir ki, Konqresdə “Erməni soyqırımı” iddialarına dair hər hansı hərəkət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə mane olacaq. Bunu Dövlət Departamentinin sözçüsü Filip Krovli martın 5-də Vaşinqtonda bildirib.

O qeyd edib ki, ölkəsi Türkiyə ilə Ermənistanın ortaq keçmişlərinə dair məslələri həll etmələrini və münasibətlərini normallaşdırmağa çağırır:

- Biz Türkiyə və Ermənistan rəsmiləri ilə əlaqə saxlamışıq. Onlara ən yüksək səviyyədə bildirilib ki, aralarında imalanan protokolları vaxtında ratifikasiya etsinlər və dialoqu davam olunsun.

Filip Krovli bildirib ki, Dövlət Katibi Hillari Klinton da qanunvericilərlə danışıb, onlara hökumətin mövqeyi izah olunub ki, bu istiqamətdə Konqresdə proseslərin davamı arzuedilən deyil.

Martın 4-də Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım törədildiyi qeyd olunan sənəd qəbul edilib. Buna etiraz edən Ankara Vaşinqtondakı səfirini geri çağırıb, ABŞ-ı münasibətlərin korlanacağı barədə xə
xəbərdar edib.
XS
SM
MD
LG