Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Başı kompyuter oyununa qarışan valideynlərin körpəsi acından ölüb


Cənubi Koreya polisinin məlumatına görə ər-arvad körpə qızlarını evdə qoyub internetdə oynamağa gediblər, körpə isə acından ölüb. Valideynləri martın 4-də həbs ediblər.

41 yaşlı kişi və onun 25 yaşlı arvadı 2008-ci ildə internetdə tanış olublar. Keçən sentyabr ayında isə onların üç aylıq qızları evdə ölü tapılıb. Tibbi ekspertiza körpənin uzunmüddətli aclıqdan öldüyünü bildirib.

Valideynlər uşağı evdə qoyub qonşuluqdakı internet kafedə bəzən 12 saat çəkən kompyuter oyunları ilə məşğul olurlarmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG