Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:40

Yunanıstanda büdcənin xərcləri, o cümlədən maaşlar azaldıldı


Yunanıstan parlamenti martın 5-də büdcədə ixtisarları qəbul edib. Ölkənin socialist hökuməti bununla böhran həddinə çatmış dövlət borcları problemini həll etmək istəyir.

Qərara görə xərclərdən 4.8 milyard avro kəsiləcək. Bura əməkhaqları da daxildir.

Həmkarlar təşkilatları da buna tətillər və etiraz aksiyaları ilə cavab verəcəyini bildirib.

Bu gün Parlamentdə müzakirə gedərkən binanın çölündə də polislə mitinçilər arasında qarşıdurma olub. Mitinqin təşkilatlarından birini naməlum adam döyüb.

Yunanıstanın Baş naziri də bu gün maliyyə köməyi almaq üçün Almaniyaya səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG