Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:02

Iraq şairlərinin yaradıcılığında qoyun və badımcan mövzusu


Deməli belə - Iraqda bir çoban deputatlıq eşqinə düşür.

Quraqlıq onun bütün sürüsünü qırıb, indi ümidi gözünün ağı-qarası 6 qoyunadı.

Çoban bu altı qoyunu “xərcləyib” millət vəkili kreslosuna sahib çıxmaq arzusundadı...

İraqda martın 7-dəki parlament seçkiləri ərəfəsində bir çox şairlər ölkədəki siyasi hadisələrə baxışlarını öz satirik şeirlərində ifadə edirlər.

Amerika qoşinları İraqa girəndən sonra edam edilmiş diktator Saddam Hüseynin doğma şəhərində - Tikritin Mədəniyyət Evində keçirilən maraqlı şeir məclisi haqda DPA agentliyi xəbər verir.

...Hamı qarnını tutub gülür. Şair Əbdül Vahid əl-Bədrani deputat olmaq istəyən çoban haqda şeirinə davam edir.

Çoban öz seçki kampaniyasına – iki qoyununu kəsib dini liderlərə və kənd ağsaqqallarına peşkəş etməklə başlayır.

ÜÇÜNCÜ QOYUNU KƏSİB PULUNA SAXTA ELMİ DƏRƏCƏ ALIR

(Bu – İraqda bəzi millət vəkillərinin saxta alimlik dərəcəsi alması ilə bağlı bu yaxınlarda “bomba kimi partlayan” qalmaqala işarədir).

Çoban qalan 3 qoyunu da seçkidən sonraya saxlayır ki, qələbəsini qeyd eləsin.

O, seçicilərə daha nə söz vermir, daimi işıq, gənclər, dul qalanlar və qocalar üçün imtiyazlı nigah, badımcandan hazırlanan yeməklərin qadağan olunması (İraqda badımcan kasıb yeməyi sayılır), dünya səyahəti...

Söz verir ki, Amerika qoşunlarının iki günə ölkədən çıxaracaq, Kürdüstan heç vaxt müstəqil olmayacaq...

Seçicilər bu şirin vədlərə inanıb elliklə onu deputat seçirlər.

Amma millət vəkili seçiləndən sonra çoban dərhal telefonunun nömrəsini dəyişir, bütün vədlərinə xilaf çıxır, Amerika qoşunlarına “eşq olsun” deyir, Kürdüstanın müstəqilliyi haqda qanuna səs verir...

Amma elə ki yeni seçkilər yetiişir, məlum olur ki, yüzlərlə başqa namizəd kimi onu da Səddam Hüseynin keçmiş “Bəəs” Partiyasının keçmiş üzvü kimi seçkidən kənarlaşdırıblar.

HALBUKİ ÇOBAN ÖMRÜNDƏ QOYUNDAN BAŞQA HEÇ NƏ GÖRMƏYİB,

“Bəəs”in adını da eşitməyib.

Onu 1000 nəfər iraqlının ölümündə də günahlandırırlar.

Bu yerdə şeir məclisindəkilər yenə uğunub gedir.

Beləcə ümidləri puç olan çoban yenidən köhnə “iş yerinə” qayıdır – öz qoyunlarının yanına.

Bu qənaətə gəlir ki, qoyunlar siyasətçilərdən daha təmizdirlər. Onlar kimi xalqın qanı bahasına var-dövlət yığmırlar...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG