Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

İlham Əliyev Abdulla Gülə zəng edib


Martın 5-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə zəng edib. Telefon söhbətində İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilmiş qərarla bağlı etirazını ifadə edib, qərarı pisləyib.

İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi qiymətləndirib. O, deyib ki, Azərbaycan həmişə olduğu kimi Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək.

Türkiyə prezidenti də həmkarına bu mövqeyinə görə təşəkkür edib.

Prezidentin mətbuat xidmətindən yayılan məlumata görə prezidentlər telefon söhbətində ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG