Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:03

«Azərbaycan televiziyasında insanlara qarşı qəddarlıq edilir»


Bakı teleqülləsi
Bakı teleqülləsi
«Azərbaycan televiziyasında insanlara qarşı həddindən artıq qəddarlıq edilir». Jurnalist Vüqar Tapdıqlı belə hesab edir. Bu gün «İşdən sonra»da Dövlət Televiziyasında baş verənlərdən danışılıb. V.Tapdıqlı deyir ki, təqaüd yaşına çatmış insanlar qeyri–qanuni olaraq AzTV-dən uzaqlaşdırılırlar:

- Son dövrlər Azərbaycan televiziyası və radiosunda bəyan edilən dırnaqarası islahat işləri televiziyanı dağıtdı. Azərbaycan televiziyasında işləyən təqaüdçülərin hamısının ərizələri alındı. AzTV rəhbərliyi bildirmişdi ki, bu insanlarla yeni müqavilə bağlanacaq. Amma belə olmadı. Təqaüd yaşında olan bu adamların 80–90 faizi işdən uzaqlaşdırıldı. İnsanların ləyaqəti alçaldılır. Televiziya işçilərinin ərizələrinin alınması Arif Alışanov tərəfindən tapşırılıb.

Dövlət Teleradio Verilişləri QSC-nin kadrlar və xüsusi işlər departamentinin rəisi Mənsur Bayramov isə bunun əksini iddia edir:

- Səhmdar cəmiyyət yaranandan heç bir ixtisarlar olmayıb. Qanuna uyğun olaraq, bizim televiziyada heç bir ixtisar olmayıb. Bizdə bir adam da bu vaxta qədər işdən çıxarılmayıb. Azərbaycan televiziyasında təxminən 1600 adam işləyir. Bizim televiziyada maksimum işçi olan dövrdə 2400 adam olub. Bu gün Azərbaycan televiziyasında verilişlər yüksək səviyyəlidir. Bunun əksini yalnız düşmənlər deyə bilər.

Vüqar Tapdıqlı AzTV rəhbərliyinə daha hansı ittihamlar irəli sürdü?

Dövlət televiziyasının pərdə arxasında olanları bilmək istəyirsinizsə

AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG